“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - Video

25-06-2026, 13:16 1 715 dəfə baxılıb

 

“NATO-nun Ankarada keçiriləcək sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətimə görə qatılacağam”.


“Yenisirvanli.info.az” “Anadolu”ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.


ABŞ liderinin sözlərinə görə, o, Ərdoğanla söhbət edib və bu söhbət zamanı Türkiyə Prezidenti onu şəxsən NATO sammitinə dəvət edib.


“Son 2 ayda baş verən hadisələrdən sonra bir çoxlarına görə getməzdim, lakin o (Ərdoğan - red.) məni dəvət etdi... Mən prezidentə olan hörmətimə görə gedəcəyəm”, - Tramp deyib.


Türkiyəyə F-35 qırıcılarının və F-110 mühərriklərinin mümkün tədarükü barədə sualı cavablandırarkən o, qarşıdakı səfəri zamanı Ankaranı sevindirə biləcəyini söyləyib.


“Düşünürəm ki, bəli. O, NATO-nun güclü üzvüdür. O, çox güclü orduya malikdir. Bəli, mən, yəqin ki, onu çox sevindirəcək bir şey edəcəyəm”, - dövlət başçısı deyib.


Onun sözlərinə görə, bir çoxları Türkiyənin hərbi baxımdan nə qədər güclü olduğunu anlamırlar.


Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031