Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam

29-05-2026, 13:27 1 492 dəfə baxılıb

 

Prezident İlham Əliyev Asəf Hacı oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, A. Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafındakı böyük xidmətlərinə görə bu yüksək mükafata layiq görülüb.


Xatırladaq ki, bu gün tanınmış alim və ictimai xadimin 75 yaşı tamam olur. O, Azərbaycan Milli Məclisinin I, II və III çağırış deputatı kimi uzunmüddətli parlament fəaliyyəti göstərib.


Görkəmli alim hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi vəzifəsini icra edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031