TRIPP-lə bağlı çərçivə sazişini parafladılar - Foto

26-05-2026, 17:24 1 450 dəfə baxılıb

 

İrəvanda səfərdə olan ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini paraflayıblar.


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, imzalanma mərasimi İrəvanın “Zvartnots” hava limanında baş tutub.


Tərəflər həmçinin ABŞ və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Nizamnaməni, həmçinin nadir torpaq metallarının və kritik vacib mineralların hasilatının, emalının və tədarükünün təmin edilməsi haqqında Çərçivə Memorandumunu imzalayıblar.


Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio bu gün İrəvana səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930