4 ayda Ermənistana 10 milyonluq məhsul ixrac etmişik

Bu gün, 15:51 1 318 dəfə baxılıb

 

Bu ilin ilk 4 ayında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir. 


Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.


Təkcə aprel ayında Azərbaycandan Ermənistana 3 milyon 889 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi bildirilir. 


Xatırladaq ki, DGK-nin daha əvvəl açıqladığı məlumata görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu, son 35 ildə Azərbaycanın Ermənistandan ilk məhsul idxalı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031