Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım - Video
“İqlim dəyişikliyinin təsirlərinə və hava şəraitinin şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür”.
“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında etdiyi paylaşımında yazıb.
“Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır. 40 000 nəfərdən çox iştirakçı ilə indiyədək keçirilmiş ən böyük WUF”, - paylaşımda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: