Hörmüzdən asılılığı bu yolla azaltmaq istəyirlər

15-05-2026, 15:23 1 271 dəfə baxılıb

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni neft kəmərini istismara verməyi planlaşdırır.


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, ölkə 2027-ci ilə qədər Füceyra limanı üzərindən neft ixracını ikiqat artırmağı nəzərdə tutur.


Bu məqsədlə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ADNOC şirkətinə “Qərb-Şərq Boru Kəməri” layihəsini sürətləndirməyi tapşırıb.


Qeyd edək ki, hazırda Körfəz ölkələrindən yalnız BƏƏ və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərlərinə malikdir. BƏƏ-də fəaliyyət göstərən Əbu-Dabi xam neft boru kəməri gündəlik 1,8 milyon barelə qədər neft ötürə bilir. Bu kəmər ölkəyə Hörmüz boğazından keçmədən Oman körfəzi üzərindən birbaşa ixrac imkanı yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031