Rixard Raşin Zəfər parkında - Fotolar

13-05-2026, 14:26 1 245 dəfə baxılıb


Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Zəfər parkını ziyarət edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Slovakiya Milli Şurasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.


Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031