Hərbi Prokurorluq Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirdi - Fotolar

9-05-2026, 10:37 1 176 dəfə baxılıb


Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə C.Naxçıvanski adına hərbi liseydə Ümummilli Lider Heydər Əliyev anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu” adlı tədbir keçirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, tədbirin əvvəlində C.Naxçıvanski adına hərbi liseydə yaradılmış “Heydər Əliyev muzeyi” ziyarət olunub, muzeydə Ümumi Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək, əziz xatirəsi dərin ehtiramla yad edilib.


Hərbi prokuror Bəhruz Əhmədov tədbirdə çıxış edərək, Azərbaycan tarixində ilk dəfə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətçi kimi 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmadan Azərbaycanın hərbi gələcəyinin əsası olan Cəmşid Naxçıvanski adına hərbi liseyini yaratması və milli hərbi təhsilin inkişaf yolu barədə geniş məlumat verib.


Vurğulanıb ki, bu məktəbin məzunları və onların davamçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərib. Ümumi Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə nümunə olacaqdır.


Hərbi liseyin kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil müəssisəsində təhsil almaqdan qürur hiss keçirdiklərini bildirib, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.


Tədbirin sonunda xidmətdə fərqlənən kursantlara hədiyyələr təqdim edilib və təhsildə uğurlar arzulanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031