“Şadam ki, biz bu mərhələyə çatmışıq” - Paşinyan

30-04-2026, 15:52 1 089 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin bu ölkəyə səfərini “tarixi hadisə” adlandırıb. 


“Yenisirvanli.info.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir Ermənistan hökumətinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.


“Hesab edirəm ki, çox mühüm hadisə baş verib, iki ölkənin baş nazir müavinlərinin səfərlərini sülh prosesi və onun institusionallaşması baxımından tarixi hadisə kimi qiymətləndirirəm. Şadam ki, biz bu mərhələyə çatmışıq”, - Paşinyan deyib.


Xatırladaq ki, ötən gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ağverəndə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031