“Bu, Rusiya ilə açıq qarşıdurma üçün istifadə oluna bilər”

26-04-2026, 13:26 1 032 dəfə baxılıb

 

“Orta Şərqdəki münaqişə NATO tərəfindən Rusiya ilə açıq qarşıdurmaya hazırlıq üçün istifadə oluna bilər”.


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri general-mayor Apti Alaudinov bildirib.


Onun sözlərinə görə, ABŞ, İsrail və İran arasındakı gərginlik Qərbin diqqətini çəkib.


Eyni zamanda, Alaudinov qeyd edib ki, “ABŞ və NATO blokunun bir-birindən uzaqlaşması” görüntüsü yaransa da, bu, yalnız zahiri xarakter daşıyır.


General, həmçinin deyib ki, NATO gələcəkdə Rusiya ilə açıq müharibəyə girə bilər.


Onun fikrincə, Avropa ölkələri də artıq Ukraynanın bu müharibəni qazana bilməyəcəyini görür və Rusiya ilə qarşıdurmaya hazırlaşdıqlarını açıq deməyə başlayıblar.


Alaudinov ölkənin təhlükəsizliyi yalnız qalib gəldiyi halda təmin oluna biləcəyini əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031