Paşinyanın partiyası seçkiqabağı proqramını dərc etdi

4-04-2026, 13:49 924 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 7 iyun 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə dair seçkiqabağı proqramını dərc edib.


“Yenisirvanli.info.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, partiyanın 2026-2031-ci illər üçün seçkiqabağı proqramı “real Ermənistan” ideologiyasına, həmçinin Ermənistanın iqtisadi və institusional transformasiyası doktrinasına əsaslanır.


Sənəddə Azərbaycan və Ermənistan arasında sülhün daha da institutsionallaşdırılmasının prioritet addımları kimi delimitasiya prosesinin davam etdirilməsi, yekun sülh sazişinin imzalanması, ratifikasiyası və icrasının, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılmasının vacibliyi vurğulanır. 


Proqramda Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük meyarlarına uyğunlaşdırılması üçün zəruri islahatların həyata keçirilməsi qeyd olunub.  


Sənəddə Ermənistan Apostol kilsəsində islahatların aparılmasına ayrıca bölmə həsr edilib. Proqramda hazırkı katolikosun vəzifədən uzaqlaşdırılması, müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbulu və daha sonra kilsənin yeni rəhbərinin seçilməsi təklif olunur.


Sənəddə həmçinin yeni Konstitusiyanın qəbulundan bəhs edilir. 


Sonda “Vətəndaş müqaviləsi” partiyasının 2026-2031-ci illərdə həyata keçirməyi planlaşdırdığı 100 konkret addımdan ibarət siyahı təqdim olunub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031