Onların ailələrinə Prezident təqaüdü təyin edildi

3-04-2026, 18:32 930 dəfə baxılıb


Azərbaycan Prezidentinin 31 mart 2026-cı il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan minatəmizləyənlərin – Namazov Seymur Rəşid oğlu və İsayev Raqif Deputat oğlunun 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edib.


Bu barədə “Yenisirvanli.info.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.


Bildirilib ki, təqaüdün aylıq məbləği 700 manatdır.


Fərmanla bu məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.


Qeyd edək ki, Fərmana əsasən ailə üzvlərinin sırasına dul arvadı (əri), valideynləri, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara münasibətdə isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, birinci növbədən digər qohumları olmayan baba və nənələri aiddir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031