Paşinyan Moskvadakı açıqlamaları ilə gündəm oldu - Video

2-04-2026, 13:37 922 dəfə baxılıb

 

Məlum olduğu kimi, dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.


“Yenisirvanli.info.az” xəbər verir ki, görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkib.


Belə ki, Vladimir Putin Ermənistanda daxili siyasi proseslərin iştirakçılarının bəzilərinin Rusiya pasportuna sahib olmalarına baxmayaraq, cəzaçəkmə müəssisələrində olmalarına dair fikirlər səsləndirib. Ermənistan mediası Rusiya liderinin burada hazırda İrəvanda ev həbsində olan “Taşir” şirkətinin rəhbəri, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı nəzərdə tutduğunu vurğulayıb.


Paşinyan isə Rusiya liderinin bu açıqlamasına cavab olaraq, Ermənistan həbsxanalarında siyasi məhbusların olmadığını deyib. 


O, həmçinin ölkəsində sosial şəbəkələrin tamamilə azad olduğunu və heç bir məhdudiyyətlərin olmadığını bildirib.


Eyni zamanda, Ermənistan Baş naziri iyunun 7-də ölkədə keçiriləcək parlament seçkiləri məsələsinə də toxunaraq, həmin seçkilərdə yalnız Ermənistan pasportuna sahib şəxslərin iştirak edə biləcəyini vurğulayıb:


“Ermənistan Konstitusiyasına əsasən, Rusiya pasportuna sahib şəxslər nə deputatlığa, nə də Baş nazir postuna namizəd ola bilərlər”.


Paşinyanın bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 


Xatırladaq ki, S.Karapetyan “Güclü Ermənistan” partiyasından ölkənin Baş naziri vəzifəsinə namizəd olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031