Rusiya daha bir britaniyalı diplomatı ölkədən çıxarır

30-03-2026, 15:34 916 dəfə baxılıb

 

Rusiya Moskvadakı Britaniya səfirliyində çalışan bir diplomatın kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu iddiası ilə ölkədən çıxarılması barədə qərar qəbul edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.


Qeyd edilib ki, sözügedən diplomatın Britaniya kəşfiyyatına bağlı olduğu müəyyən edilib. Bildirilir ki, diplomat ölkəyə giriş üçün müraciət edərkən yanlış məlumat təqdim edib və bu fakt rəsmi etirazla Britaniya tərəfinə çatdırılıb.


Məlumata əsasən, Moskvadakı Britaniya səfirliyinin müvəqqəti işlər vəkili Danae Dholakia nazirliyə çağırılıb və ona etiraz notası təqdim olunub. Rusiya tərəfi diplomatın ölkə ərazisində təxribat xarakterli fəaliyyətlə məşğul olduğunu iddia edir.


Nazirlik vurğulayıb ki, bu cür fəaliyyətlər Rusiya qanunvericiliyinə ziddir. Bu səbəbdən diplomatın akkreditasiyası ləğv olunub və onun ölkəni tərk etməsi tələb edilib.


Rəsmi bəyanatda qeyd olunur ki, Rusiya ərazisində xarici kəşfiyyat fəaliyyətlərinə yol verilməyəcək və ölkə öz milli təhlükəsizlik maraqlarına uyğun addımlar atmağa davam edəcək. Eyni zamanda, London tərəfindən gərginliyin artırılması halında adekvat cavab veriləcəyi bildirilib.


Bununla yanaşı, Rusiya Federal Təhlükəsizlik Xidməti Britaniya səfirliyinin ikinci katibi Yans Gerardusun da kəşfiyyat əməkdaşı olduğunu açıqlayıb. İddialara görə, o, rusiyalı mütəxəssislərlə qeyri-rəsmi görüşlər zamanı iqtisadiyyata dair həssas məlumatlar əldə etməyə cəhd göstərib.


FTX-nin məlumatına əsasən, həmin diplomatın iki həftə ərzində Rusiyanı tərk etməsi tələb olunur.


Qeyd edək ki, daha əvvəl də Moskvadakı Britaniya səfirliyinin bir əməkdaşı oxşar ittihamlarla ölkədən çıxarılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031