Xameneinin Londondakı mənzilləri İsrail səfirliyinə təhdiddir - KİV

20-03-2026, 12:17 895 dəfə baxılıb

 

İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin Londondakı lüks mənzilləri ilə bağlı iddialar yayılıb.


“Yenisirvanli.info.az” “Fox News”a istinadən xəbər verir ki, Londonun elit Kensinqton bölgəsində yerləşən həmin mənzillər strateji baxımdan ciddi səs-küyə səbəb olub.


Araşdırmalar göstərir ki, sözügedən əmlaklar birbaşa İsrail səfirliyinin arxa hissəsinə baxır və diplomatik korpusu daimi müşahidə altında saxlamağa imkan verir. Təhlükəsizlik ekspertləri bu “birbaşa baxış xətti”nin casusluq və strateji izləmə baxımından ciddi risk yaratdığını vurğulayırlar.


Məlumata görə, yüz milyonlarla dollar dəyəri olan bu mülklər müxtəlif vasitəçilər və ofşor şirkətlər şəbəkəsi vasitəsilə əldə edilib.


Qeyd edək ki, sözügedən fakt İran rəhbərliyinin xaricdəki geniş maliyyə və daşınmaz əmlak imperiyası ilə bağlı iddiaları yenidən gündəmə gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031