“Bizim Müstəqillik Bəyannaməmiz münaqişə bəyannaməsidir”

19-03-2026, 14:39 901 dəfə baxılıb

 

“Bizim Müstəqillik Bəyannaməmiz müstəqillik deyil, münaqişə bəyannaməsidir”.


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinq zamanı söyləyib.


“Bu, Müstəqillik Bəyannaməsi deyil, münaqişə bəyannaməsidir və son nəticədə - asılılıq bəyannaməsidir”, - Paşinyan deyib.


Baş nazir region ölkələrini bir mərtəbədəki mənzillərlə müqayisə edərək bəyannamənin Ermənistanın qonşularına qarşı təhdidlər ehtiva etdiyini bildirib. Onun sözlərinə görə, bu şəraitdə ölkə yalnız xarici dəstək hesabına mövcud ola bilər:


“Xarici yardım gözləntisi isə bu yardımın gözlənildiyi ölkədən asılılığın artmasına səbəb olur. Beləliklə, bizim Müstəqillik Bəyannaməmiz - münaqişə və asılılıq bəyannaməsidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031