Ən gözəli Qazaxıstan bayrağı oldu

17-03-2026, 09:24 881 dəfə baxılıb

 

Onlayn Dünya Bayraqları Turnirində Qazaxıstanın dövlət bayrağı ən gözəl bayraq kimi tanınıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.


Bildirilib ki, internet istifadəçiləri turnirdə müxtəlif ölkələrin bayraqlarına səs verərək, ən çox bəyəndiklərini seçiblər. Yarış əvvəlcə ölkələr coğrafi bölgələrə bölünərək, qrup mərhələsi ilə başlayıb. Sonrakı mərhələlər isə Olimpiya sisteminə uyğun davam edib və hər mərhələnin qalibi növbəti mərhələyə keçib.


Qazaxıstan bayrağı qrup mərhələsində Orta Asiya ölkələri arasında birinci yeri tutub və sonrakı mərhələlərdə bir neçə ölkənin bayraqlarını geridə qoyub. Xüsusilə Tonqa, Estoniya, Monteneqro və Braziliya bayraqlarına qarşı səsvermədə qalib olub.


Yarımfinalda Qazaxıstan bayrağı Seyşel adalarının bayrağından üstün olub, finalda isə Kiribati bayrağını geridə qoyaraq, turnirin əsas qalibi olub. Üçüncü yeri Butan bayrağı tutub.


Təşkilatçılar qalibin tamamilə istifadəçilərin açıq səsverməsi nəticəsində müəyyən edildiyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031