Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərəcək
Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan ərazisi vasitəsilə İrana dərman preparatları göndərəcək.
“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in Mətbuat xidmətindən bildirilib.
“Rusiya Prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq və Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə qurumun aviasiyası vasitəsilə dərman preparatlarının sonradan İran hökumətinin səlahiyyətli nümayəndələrinə ötürülməsi üçün Azərbaycana çatdırılması təşkil ediləcək”, - məlumatda deyilir.
Ümumilikdə, humanitar yardım qismində 13 ton dərman preparatının çatdırılacağı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: