Paşinyan İlham Əliyevə təşəkkür etdi

11-03-2026, 18:21 894 dəfə baxılıb

 

“Artıq səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində tam sülh bərqərar olub”.


“Yenisirvanli.info.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı danışıb. 


“Sərhədyanı kəndlərin sakinləri artıq bir neçə aydır atəş səsləri eşitmirlər. Üstəlik, müstəqilliyin qazanılmasından sonra ilk dəfə olaraq, 2025-ci ilin noyabrında qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Mən bu qərarına görə Azərbaycan Prezidentinə minnətdaram”, - Paşinyan deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031