Bir həftədə 6 milyarddan çox pul itirdilər

8-03-2026, 18:52 848 dəfə baxılıb

 

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə təqdim etdiyi son hesabatda İrandakı hərbi əməliyyatların ilk həftəsinin maliyyə xərcləri və texniki itkiləri barədə yekun rəqəmlər yer alıb.


“Yenisirvanli.info.az” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, ABŞ ordusu İrandakı əməliyyatın cəmi bir həftəsi ərzində 6 milyard dollardan çox vəsait xərcləyib.


Nəşr yazır ki, bu məbləğin 4 milyard dolları sırf İranın raket hücumlarını dəf etmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemlərinin sursatlarına sərf edilib.


Bildirilib ki, Ağ Ev administrasiyasının yaxın günlərdə hərbi xərcləri qarşılamaq üçün Konqresdən əlavə maliyyə paketi istəyəcəyi gözlənilir.


Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031