BƏƏ ilk dəfə İrana zərbələr endirdi

8-03-2026, 14:32 843 dəfə baxılıb

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi hava qüvvələri ilk dəfə olaraq İrandakı hədəflərə birbaşa zərbələr endirib.


“Yenisirvanli.info.az” İsrailin “Ynet” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı İranda yerləşən suyun duzsuzlaşdırılması zavodu hədəf alınıb.


BƏƏ rəsmiləri bu hücumun İran rejimi üçün “ilkin siqnal” olduğunu bəyan ediblər. Bildirilib ki, əgər Tehranın regiondakı hücumları şiddətlənərsə, BƏƏ-nin ABŞ və İsrailin başlatdığı hərbi kampaniyaya rəsmən qoşulması realdır.


Xatırladaq ki, bundan əvvəl SEPAH İsrailin Hayfa şəhəri ilə yanaşı, Bəhreyn və Dubaydakı (“Marina Hotel”) hədəflərə zərbələr endirdiyini açıqlamışdı. İran Prezidenti Məsud Pezeşkian Körfəz ölkələrinə dəymiş ziyana görə üzr istəsə də, hərbi qanadın hücumları davam etdirməsi Tehran hakimiyyəti daxilindəki ciddi fikir ayrılığından xəbər verir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031