“Trampı rahat buraxmayacağıq” - Əli Laricani

8-03-2026, 15:39 834 dəfə baxılıb

 

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampa qarşı kəskin ittihamlar səsləndirərək, ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin ölümünə görə qisas alınacağını bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Laricani özünün “X” hesabında paylaşdığı mesajda Trampı hədəf alıb.


O, İranın Ali Rəhbərinin öldürülməsini bağışlanmaz bir cinayət adlandıraraq, ABŞ-nin bunun bədəlini ağır ödəyəcəyini vurğulayıb.


“Trampı rahat buraxmayacağıq. O, liderimizi və xalqımızı şəhid edib. Bu, asan məsələ deyil. Biz qisas alana qədər ondan əl çəkməyəcəyik”.


Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində Ayətullah Əli Xamenei və onun ailə üzvləri həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031