MN 1 nömrəli səfərbərliyin nə olduğunu - Açıqladı

6-03-2026, 09:52 816 dəfə baxılıb

 

Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.


“Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, - Azərbaycan lideri qeyd edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahı qeyd olunub.


“1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”, - paylaşımda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031