Rusiya Azərbaycana təşəkkür etdi

4-03-2026, 16:26 803 dəfə baxılıb

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova ölkə vətəndaşlarının İranı tərk etməsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi həftəlik brifinqdə danışıb. 


“Rusiya vətəndaşlarının quru sərhədlər vasitəsilə İranı maneəsiz tərk etməsini təmin etməyə yardımlarına görə Azərbaycan, Ermənistan və Türkmənistan rəhbərliyinə təşəkkür edirik”, - o qeyd edib. 


Xatırladaq ki, dünən Rusiya FHN-ə məxsus “İl-76” təyyarəsi Azərbaycan sərhədi ilə İranı tərk edən rusiyalıları təxliyə etmək üçün Azərbayana gəlmişdi. Bu gün isə həmin təyyarə 117 Rusiya vətəndaşını Azərbaycandan Moskvaya aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031