Özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

1-03-2026, 16:39 786 dəfə baxılıb

 

Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı aparılıb. 


XİN-dən “Yenisirvanli.info.az”a verilən məlumata görə, telefon danışığı zamanı regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub. 


Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub. 


Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub. 


Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.


Telefon danışığı çərçivəsində həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031