“AMEA məhkəmə hökmündən sonra Ramiz Mehdiyevlə bağlı qərar verəcək”

25-02-2026, 10:20 717 dəfə baxılıb

 

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Ənvər oğlu Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilib”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.


“Akademiyanın rəhbərliyi bir daha Ramiz Mehdiyevin dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir.


Qeyd edək ki, Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcəkdir. Belə ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq edildiyi halda, məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı üzvlərinin müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcəkdir.


Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətində hüququn aliliyini, qanunçuluq prinsiplərini və hüquqi prosedurların şəffaflığını əsas kimi rəhbər tutduğunu bir daha vurğulayır”, - açıqlamada vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031