İran lideri öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır - NYT

22-02-2026, 18:27 687 dəfə baxılıb

 

İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün pozuntu halında fövqəladə hallar planının hazırlanması barədə göstəriş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda “The New York Times” altı yüksək vəzifəli İran rəsmisinə istinadən yazır.


Yanvarın əvvəlində İranın etirazları və ABŞ-nin zərbə təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ali Rəhbər ölkəyə rəhbərlik etmək üçün müttəfiqi Əli Laricaniyə müraciət edib. NYT-nin qeyd etdiyi kimi, o vaxtdan İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri 67 yaşlı Laricani faktiki olaraq İranı idarə edir.


Nəşrin yazdığına görə, Xamenei şəxsən təyin etdiyi hərbi komandanlıq və hökumət vəzifələrinin hər biri üçün dörd varislik səviyyəsini müəyyən edən bir sıra direktivlər verib. O, bütün rəhbər vəzifələrdə olanlara dörd nəfərə qədər varis təyin etməyi tapşırdı və onunla əlaqənin kəsilməsi və ya ölümü halında qərar qəbul etmək üçün məsuliyyətləri etibarlı şəxslərin kiçik bir dairəsinə həvalə etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031