Trampdan müsəlmanlara - Təbrik

19-02-2026, 16:25 626 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, təbrik mesajının mətnini Ağ Ev yayıb. 


ABŞ lideri təbrikində qeyd edib ki, müqəddəs ay ruhən yenilənmə, dua, oruc tutma, ailə və ictimai əlaqələrin möhkəmləndirilməsi dövrüdür. 


Bununla yanaşı, təbrikdə azad ibadət hüququnun Amerika cəmiyyətinin təməllərindən biri kimi əhəmiyyəti qeyd olunub. 


D.Tramp vətəndaşların öz dinlərini təqib qorxusu olmadan sərbəst şəkildə icra etmək hüququnun təmin edilməsinə sadiq olduğunu bəyan edib. O, həmçinin Ramazan dövründə və qarşıdan gələn ildə ailələrə xoşbəxtlik və rifah, eləcə də bütün dünyada birlik və sülh arzuladığını ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031