Bakıda NATO-nun təlim kursu keçirilir - Fotolar

17-02-2026, 15:26 606 dəfə baxılıb


Müdafiə Nazirliyi ilə NATO arasında Bakıda “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026” təlim kursu keçirilir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan kursda əvvəlcə iştirakçılara mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumat verilib.


Beynəlxalq hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu kursun əsas məqsədi birgə təlimlər zamanı qarşılıqlı fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsidir.


Qeyd edək ki, təlim kursunda ölkəmizdən 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər iştirak edir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031