Paşinyanla Akopyan münasibətlərini rəsmiləşdirdi - Yenilənib

10-02-2026, 11:24 626 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla vətəndaş nikahı başa çatıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə A.Akopyan feysbuk hesabında paylaşım edib.


“Məlumat vermək istəyirəm ki, mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm”, - o bildirib.


Bununla belə, Anna həmin paylaşımı hansı səbəblərə görə etdiyini və bunun nə mənaya gəldiyini açıqlamayıb. Bu isə sosial şəbəkələrdə cütlüyün ayrılıb-ayrılmamasına dair müzakirələrə səbəb olub.


Xatırladaq ki, N.Paşinyanla A.Akopyan rəsmi şəkildə evli olmayıb. Bunun səbəbləri barədə danışan Ermənistan Baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı atdığını bildirib. Cütlüyün 4 övladı var.


***


Ermənistanın “Factor” portalının əldə etdiyi məlumata görə, 1990-cı illərin sonundan münasibətdə olan Nikol Paşinyanla Anna Akopyanın nikahları rəsmi olaraq qeydiyyata alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031