NATO Arktikaya onminlərlə hərbçi göndərir

12-02-2026, 10:23 548 dəfə baxılıb

 

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) blokun yeni "Arktika keşikçisi" (Arctic Sentry) missiyası çərçivəsində keçiriləcək manevrlərdə iştirak etmək üçün bölgəyə onminlərlə hərbçi göndərməyi planlaşdırır.


Yenisirvanli.info.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bəyanatla çıxış edib.


Baş katibin sözlərinə görə, təşəbbüs çərçivəsində keçiriləcək təlimlərə alyansın onminlərlə hərbçisi cəlb olunacaq. Bu təlimlərə Qrenlandiyada Danimarkanın "Arctic Endurance" və Norveçdə "Cold Response" manevrləri də daxildir. Qeyd olunub ki, həmin təlimlər NATO missiyasından asılı olmayaraq əvvəlcədən planlaşdırılıb.


"Mən bütün detalları açıqlaya bilmərəm, əks halda Moskva və Pekindəki dairələri həddindən artıq məlumatlandırmış olaram. Bizim qiymətləndirməmizə görə, Rusiya və Çin bu regiona yüksək maraq göstərir", - deyə Mark Rütte əlavə edib.


O qeyd edib ki, təşəbbüsün əsas məqsədi "Rusiya və Çinin Qrenlandiyaya və onun iqtisadi resurslarına çıxış əldə etməsinin qarşısını almaqdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031