Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - Fotolar

10-02-2026, 15:38 518 dəfə baxılıb


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ötən gün Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşüb. 


Bu barədə “Yenisirvanli.info.az”a İdarədən məlumat verilib. 


Bildirilib ki, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.


Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana səfərini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031