İran Türkiyəni istəmədi - Təklifi qəbul edildi

4-02-2026, 11:42 444 dəfə baxılıb

 

İran ABŞ ilə 6 fevrala planlaşdırılan danışıqların yerinin və formatının dəyişdirilməsini istəyib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Axios” nəşri ərəb mənbələrə istinadən məlumat yayıb. 


Məlumata görə, İran tərəfi danışıqları Türkiyədə deyil, Omanda keçirməyi xahiş edib. Onlar həmçinin danışıqların yalnız ABŞ ilə ikitərəfli formatda keçirilməsini, görüşdə ərəb və müsəlman ölkələrinin müşahidəçi kimi iştirakını istəməyib. 


Ərəb mənbələri ABŞ Prezidenti Donald Trampın administrasiyasının İranın xahişini qəbul etdiyini açıqlayıb. Danışıqların fevralın 6-da Omanda keçiriləcəyi gözlənilir. Digər region ölkələrinin Omandakı danışıqlara qoşulub-qoşulmayacağı barədə müzakirələr isə davam edir. 


Xatırladaq ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə danışıqlarının bərpası haqqında göstəriş verdiyi barədə xəbər yayılmışdı. Görüşün yaxın günlərdə Türkiyədə keçiriləcəyi bildirilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031