Şeyx Əbu-Dabiyə gedir

2-02-2026, 11:26 401 dəfə baxılıb

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Əbu-Dabiyə səfərə yola düşür.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı QMİ məlumat yayıb. 


Bildirilib ki, A.Paşazadənin səfəri BƏƏ-nin Şeyx Zayed Fondunun təsis etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə baş tutur.


QMİ sədri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində və Məhəmməd Əbdülsəlamın sədrliyi ilə baş tutacaq toplantıda iştirak edəcək.


Fevralın 5-dək davam edəcək səfər müddətində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031