İrandakı partlayış generala sui-qəsd cəhdi idi? - Rəsmi açıqlama

31-01-2026, 17:13 405 dəfə baxılıb

 

İranın cənubundakı liman şəhəri Bəndər-Abbasda baş verən güclü partlayışdan sonra yayılan iddialara ölkə rəsmiləri tərəfindən aydınlıq gətirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.


Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiriyə qarşı sui-qəsd cəhdi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.


Agentliyin məlumatlı mənbəsi həm Təngsirinin hədəf alınması, həm də onun öldürülməsi barədə şayiələri qəti şəkildə təkzib edib.


Xatırladaq ki, hadisə Bəndər-Abbasın Müəllim bulvarında yerləşən səkkizmərtəbəli yaşayış binasında qeydə alınıb. Partlayışın gücündən binanın iki mərtəbəsi, yaxınlıqdakı mağazalar və bir neçə nəqliyyat vasitəsi tamamilə dağılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər həlak olub, ən azı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031