“Bəzi vəkillər sosial şəbəkələrdə etikaya uyğun davranmır”

31-01-2026, 12:18 396 dəfə baxılıb

 

“Bəzi vəkillər sosial şəbəkədə etikaya uyğun olmayan davranış nümayiş etdirirlər”.


“Yenisirvanli.info.az” Report-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası üzvlərinin konfransı zamanı deyib.


Onun sözlərinə görə, vəkillik vətəndaşların konstitusion hüquqlarını qoruyan mühüm peşədir:


“Hər bir vəkil daha məsuliyyətli olmalıdır. Bəzi həmkarlarımızın sosial şəbəklərdə yazıları, paylaşımları cəmiyyətdə vəkillərə qarşı mənfi münasibət formalaşdırır. Mən narahat oluram, çünki bu paylaşımlar bütün vəkillərin imicinə pis təsir edir. Hər birimiz bu barədə fikirləşməli və tədbir görməliyik”.


A.Bağırov həmçinin Azərbaycanda vəkillərin pensiya təminatında ciddi problemlərin olduğunu da deyib: “Digər peşələrlə müqayisədə vəkillərin pensiya məbləğində fərq var. Vəkillər qocaldıqca öz ödənişlərinə uyğun pensiya ilə təmin olunmalıdır. Bununla bağlı işlər görülür”.


Qeyd edək ki, son aylarda bir neçə vəkillə bağlı ittihamlar səsləndirilib. Onların arasında Kollegiyadan uzaqlaşdırılaraq həbs edilənlər də var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031