Xələf Xələfov Pakistanın xarici işlər naziri ilə görüşdü

30-01-2026, 19:32 390 dəfə baxılıb

 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında paylaşılıb.


Görüş zamanı X.Xələfov Pakistanın xarici işlər nazirinə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (CICA) sədrliyi çərçivəsində davam edən təşəbbüslər barədə məlumat verib.


Pakistanın xarici işlər naziri İshaq Dar ölkəsinin Azərbaycanın CICA-dakı liderlik roluna və regional əməkdaşlığın və qarşılıqlı anlaşmanın təşviqi səylərinə tam dəstək verdiyini bir daha təsdiqləyib.


Tərəflər, həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031