ABŞ ÜST-dən rəsmən çıxdı

23-01-2026, 10:19 315 dəfə baxılıb

 

ABŞ hökuməti Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) üzvlüyünə rəsmi şəkildə son qoyduğunu açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı ABŞ Dövlət katibi Marko Rubio və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat yayıblar.


Bildirilib ki, bu qərar ÜST-nin COVID-19 pandemiyası dövründə həyata keçirdiyi siyasətin uğursuzluğu və həmin qərarların ABŞ xalqına vurduğu zərərin nəticəsi olaraq qəbul edilib.


ABŞ rəsmiləri vurğulayıblar ki, ÜST əsas missiyasından uzaqlaşaraq, siyasiləşmiş və bürokratik yanaşma sərgiləyib, bir sıra hallarda isə ABŞ-nin maraqlarına zidd mövqe nümayiş etdirib.


Qeyd olunub ki, ABŞ təşkilatın təsisçi üzvü və ən böyük maliyyə təminatçısı olsa da, ÜST qərarlarında Amerika maraqlarına düşmən münasibət bəsləyən dövlətlərin təsiri altında fəaliyyət göstərib.


Bəyanatda deyilir ki, təşkilat pandemiya dövründə amerikalıların həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq paylaşılmasına mane olub, daha sonra isə bu çatışmazlıqları ictimai səhiyyə maraqları adı altında gizlətməyə çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031