Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqunun - Videosu

21-01-2026, 16:31 329 dəfə baxılıb

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, tədbirdə dövlət başçısına sual ünvanlayan ABŞ-nin aktivlərin idarə edilməsi üzrə “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Consonla İlham Əliyev arasında maraqlı dialoq yaşanıb.


Belə ki, şirkət direktoru dövlət başçısına xizək sürməyini xatırladaraq Azərbaycanda xizək sürdüyünü və ölkəmizdə ən müasir qurğuların olduğunu diqqətə çatdırıb: “Cənab Prezident, sizə bir qədər əyləncəli sualım var. Bildiyimə görə, siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir qurğularınız var. Bildiyimə görə, martda Dünya çempionatı keçirəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi?”


Prezident İlham Əliyev isə bildirib: “Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda Dünya çempionatı keçiriləcək”.


Qeyd edək ki, bu il yanvarın əvvəlində Prezident İlham Əliyevin nəvələri ilə birlikdə Şahdağda xizək sürməsini əks etdirən görüntülər də yayılmışdı.


Sözügedən dialoqun videosunu təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031