WP: Pentaqon iğtişaşlar səbəbindən Minnesotaya 1500 əsgər göndərməyə hazırdır

19-01-2026, 09:35 281 dəfə baxılıb

 

ABŞ Hərbi Nazirliyi Minnesota ştatına 1500 əsgər göndərməyə hazır olduğunu bildirib.


"Yenisirvanli.info.az" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.


Onların məlumatına görə, Pentaqon Minnesota ştatındakı iğtişaşların daha da şiddətlənəcəyi təqdirdə ABŞ Silahlı Qüvvələrinin iki piyada batalyonuna və bir hava-desant diviziyasına döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmrini verib.


Yanvarın 7-də Minneapolisdə qanunsuz immiqrantların axtarışı zamanı İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) əməkdaşları yolun ortasında dayanan və onların hərəkətlərinə etiraz edən bir qadından nəqliyyat vasitəsindən düşməsini tələb ediblər. Maşın irəliləməyə başlayanda zabitlərdən biri xidməti silahı ilə sürücüyə atəş açıb.


Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Mer Ceykob Frey ICE əməkdaşlarının hərəkətlərini ehtiyatsızlıq adlandırıb və onlardan şəhəri tərk etmələrini tələb edib. Minnesota qubernatoru Tim Uolts hadisə ilə bağlı tam, ədalətli və təcili araşdırma aparılacağını vəd edib. Şəhərdə genişmiqyaslı etirazlar başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031