Uitkoff bu ay yenidən Putinlə görüşə bilər

14-01-2026, 16:24 228 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.


Səfərin planlaşdırılması hələ tamamlanmasa da, görüşün bu ay baş tuta biləcəyi bildirilir.


Agentliyin mənbələrinin sözlərinə görə, Uitkoff və Kuşner Putinə Ukrayna münaqişəsinin başa çatdırılması üçün planın yeni versiyasını təqdim etməyi planlaşdırırlar. Müzakirələr zamanı nizamlamadan sonra ABŞ və Avropanın Ukraynaya təqdim edəcəyi təhlükəsizlik zəmanətlərinə toxunulacağı gözlənilir.


Xatırladaq ki, V.Putinin Uitkoff və Kuşnerlə sonuncu görüşü ötən ilin dekabrın əvvəli baş tutub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031