“Bu məsələdə Azərbaycanı tam qane edən formul hazırlanıb”

14-01-2026, 13:21 232 dəfə baxılıb

 

“Tramp Marşrutu” layihəsinin reallaşdırılması məsələsində Ermənistanı və ABŞ-ni, ehtimal ki, Azərbaycanı tam qane edən formul işlənib hazırlanıb”.


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ və Avropa İttifaqı (Aİ) səfirlərinin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı bildirib.


Paşinyan rəsmi Bakının sənədə hələlik reaksiya vermədiyini, lakin təklif olunan formulun Azərbaycan tərəfinin maraqlarına tam cavab verdiyini deyib. Baş nazir həmçinin “Tramp Marşrutu”nun reallaşdırılmasının regionda uzunmüddətli sülhə yol açacağına əminliyini ifadə edib.


“Artıq bu gün region, xüsusilə dünyada baş verən hadisələrin fonunda daha təhlükəsiz bir mühiti təmsil edir”, - o qeyd edib.


Paşinyan layihənin ön plana çıxmasında ABŞ Prezidenti Donald Trampın şəxsən maraqlı olmasının həlledici rol oynadığını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031