Britaniya səfiri İran XİN-ə çağırıldı

5-01-2026, 13:20 214 dəfə baxılıb

 

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter Londonda baş vermiş insidentlə əlaqədar İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.


Məlumata görə, səfirə İran İslam Respublikasının bayrağının təhqir edilməsinə yol verilməsi ilə əlaqədar kəskin etiraz bildirilib.


Xatırladaq ki, yanvarın 10-da naməlum şəxs İranın Londondakı Səfirliyinin eyvanına çıxıb və diplomatik nümayəndəlikdən asılan ölkənin bayrağını çıxararaq, onu inqilabdan əvvəlki bayraqla əvəz edib. Məsələ ilə bağlı iki nəfər saxlanılıb. Onlardan birinə ağırlaşdırıcı hallarda başqalarının ərazisinə qanunsuz müdaxilə və təcili yardım əməkdaşına hücum ittihamı, digərinə isə ağırlaşdırıcı hallarda başqalarının ərazisinə qanunsuz müdaxilə ittihamı irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031