Polkovnik-leytenant saxlanıldı - 4 ay əvvəl təqaüdə çıxmışdı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.
“Yenisirvanli.info.az”ın əldə etdiyi məlumata görə, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Polkovnik-leytenant 4 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: