“Heç bir ölkənin müstəmləkəsi olmayacağıq”

4-01-2026, 08:37 140 dəfə baxılıb

 

ABŞ-nin Venesuelaya müdaxiləsindən və Prezident Nikolas Maduro ilə həyat yoldaşının tutulmasından sonra Venesuela Müdafiə Şurası fövqəladə iclas keçirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, iclasda çıxış edən vitse-prezident Delsi Rodrigez ABŞ-dən Prezident Maduronun dərhal azad edilməsini tələb edib.


Rodrigez ölkədə sakitliyin qorunmasına və milli müdafiənin gücləndirilməsinə çağırış edib.


“Venesuela heç bir ölkənin müstəmləkəsi olmayacaq”, - deyən Rodrigez Nikolas Maduronu ölkənin yeganə qanuni prezidenti kimi təqdim edib.


O, ABŞ administrasiyasını beynəlxalq hüququ pozmaqda ittiham edib:


“Venesuelaya qarşı edilənlər tarix və ədalət qarşısında cavabsız qalmayacaq”.


Rodrigez ölkədə vəziyyətin hazırda nəzarət altında olduğunu və bu sabitliyin qorunacağını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031