“Rusiya ilə soyuq müharibə şəraitində milli maraqlarımızı qoruduq”

30-12-2025, 12:42 133 dəfə baxılıb

 

“2025-ci il dünyada hərbi-siyasi böhranlar və iqtisadi sınaqlar ili oldu. Lakin qlobal təhlükələr şəraitində Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə 145 rəsmi görüş, 25 mühüm beynəlxalq platfromada çıxış və imzalanan çoxsaylı strateji sənədlərlə qələbəmizi möhkəmləndirdi”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.


“İrəvana gedən yol nəhayət, açıldı, qatarlarımız ilk ziyarətçilər oldular. Minsk qrupunun ləğvi ilə işğal üzərində qurulan ədalətsiz geosiyasi mexanizm tarixə qovuşdu. 


Rusiya ilə soyuq müharibə şəraitində milli maraqlarımızı qoruduq, İran kimi imperiya varisi ilə tarazlığı saxladıq, Türk dünyasında siyasi gündəliyi müəyyənləşdirən əsas dövlətə çevrildik. Göründüyü kimi, ölkəmiz beynəlxalq siyasətin obyekti deyil, subyektidir.


5 illik yubileyini təntənə ilə keçirdiyimiz qələbəni dünyanın ən güclü dövlətində-ABŞ-də legitimliyini qəbul etdirmək təkcə bir ilin və regionun deyil, bütün siyasi tariximizin və dünyanın ən böyük nailiyyətidir. 


Zəfərimizin yaşı artdıqca-2030-2040-cı illərdə artıq faciə və soyqırımılar tarixə çevriləcək, nəsillərarası günahkarlıq sindromu və genetik qorxularımız keçmişdə qalacaq, işğalı, qaçqınlığı və didərginliyi görməyən, bütöv Vətənin övladları-yeni nəsil dünyaya gələcək, yeni milli kimlik qazanacağıq”, - komitə sədri qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031