“ABŞ təkpartiyalı dövlətə çevrilə bilər”

28-12-2025, 17:20 139 dəfə baxılıb

 

Amerikalı milyarder İlon Mask ABŞ-nin təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.


“Radikal solçular uzun müddətdir ki, çoxlu sayda qanunsuz (bəzi hallarda qanuni) immiqrantı ölkəyə gətirmək və saxlamaqla seçkilərdə qalib gəlmək, demokratiyanı məhv etmək və Amerikanı təkpartiyalı dövlətə çevirmək məqsədilə saxta hökumət proqramlarından istifadə edirlər. Bu prosesi nə qədər dərindən araşdırsanız, vergi pullarınızın nəyə xərcləndiyini və bunun qarşısı alınmasa, verdiyiniz səslərin heç bir əhəmiyyət daşımayacağını görərək dəhşətə gələrsiniz.


Bunun ən bariz nümunəsi isə tarixən demək olar ki, heç bir somalilinin yaşamadığı Minnesota ştatında Somali səsvermə blokunun İlhan Öməri ABŞ Konqresinə seçməsidir. Eyni proses Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da müşahidə olunur”, - deyə Mask vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031