Netenyahu Trampla görüşmək üçün ABŞ-yə getdi

28-12-2025, 15:32 128 dəfə baxılıb

 

İsrailin Baş naziri Benyamin Netenyahu Ağ Ev rəhbəri Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-yə gedib.


“Yenisirvanli.info.az” xəbər verir ki, görüş 29 dekabrda keçiriləcək.


Məlumata görə, Netenyahu Amerika prezidenti ilə Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinə keçid, Türkiyənin Fələstin anklavı üçün beynəlxalq qüvvələrdə iştirakı, eləcə də İranın raket istehsalı müəssisələrinə mümkün hücumla bağlı məsələləri müzakirə etməyi planlaşdırır.


İsrail baş nazirinin ABŞ-də 5 gün qalacağı və səfəri zamanı bir sıra əlavə görüşlər keçirəcəyi, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031