Lavrov Çin-Tayvan münaqişəsi halında Rusiyanın hansı tərəfi dəstəkləyəcəyini açıqlayıb

28-12-2025, 13:26 143 dəfə baxılıb

 

"Rusiya Tayvan boğazında vəziyyətin pisləşəcəyi təqdirdə, dövlət birliyinin və ərazi bütövlüyünün qorunması məsələlərində Çinə dəstək verməyə hazırdır".


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.


Onun sözlərinə görə, Rusiya ilə Çin arasında 2001-ci ildə imzalanmış "Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında" müqaviləyə əsasən, bu kimi hallarda qarşılıqlı dəstək nəzərdə tutulur.


Rusiya Tayvanın istənilən formada müstəqilliyinə qarşı çıxır və onu Çinin ayrılmaz hissəsi kimi tanıyır. Tayvan məsələsi Çinin daxili işidir. Pekinin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün qanuni əsasları var", - deyə Sergey Lavrov vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031