Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Foto

25-12-2025, 13:21 138 dəfə baxılıb


Ötən gün Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, iclasda “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.


Sonra “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2023-cü il tarixli 16 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Plenumun qərar layihəsi müzakirə edilib və qəbul olunub.


“Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Plenumun qərar layihəsinin müzakirəsi aparılıb.


İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Plenumun qərar layihəsi də qəbul edilib.


Eyni zamanda 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Sumqayıt Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031